“Cənubi Qafqazda Peşə təhsilinə dəstək” layihəsinin komponentlərindən biri olan peşə təhsil müəssisələrində təhsil alan tələbələrin sahibkarlıq düşüncəsinin formalaşdırılması istiqamətində silsilə tədbirlər keçirilməkdədir. Tədbirlər çərçivəsində 06 may 2021-ci il tarixində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə peşə təhsil müəssisələrinin tələbələri ilə «İş yeri axtarma, iş yeri yarat» mövzusunda virtual görüşü keçirilib. Seminar ASK-nın vitse-prezidenti və sahibkarı cənab V. Zeynalov tərəfindən aparılıb.
Virtual görüşün təşkilində əsas məqsəd seminar iştirakçılarına məşğulluq, iş yeri axtarma və fərdi sahibkarlıq düşüncəsinin formalaşdırılmasına dair bilik və bacarıqlar haqqında geniş məlumat verməkdən ibarət olub.
Sözügedən görüşə həm Bakı, həm də regionların bir sıra peşə təhsil müəssisələrinin tələbələri qatılıb.