Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin istehsalat təcrübəsi və təlimləri davam edir
06
05 2021
news image

    Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi cari tədris ilində tələbələrin istehsalat təcrübəsi və təliminə yönləndirilməsi istiqamətində rayon ərazisində fəaliyyət göstərən 60-a yaxın dövlət və özəl, sahibkarlıq və qeyri-sahibkarlıq subyektləri ilə müqavilə bağlayıb. Mərkəzin bu sahədə əsas tərəfdaşları turizm, aqrar, sənaye və digər istehsalat sahələri üzrə fəaliyyət göstərən müəssisələrdir.

    26 mart- 30 iyun tarixlərini əhatə edən müddətdə ümumilikdə 215 tələbə olmaqla  3 illik və 2 illik qrupların son kurs tələbələri turizm, aqrar və digər istehsalat sahələri üzrə 60- a yaxın müəssisədə istehsalat təcrübəsi və təlimi keçməkdədir. Təcrübə müddətində tələbələr ixtisasları üzrə müəssisənin gündəlik işində birbaşa iştirak edərək nəzəri öyrənilmiş bilikləri istehsalatda tətbiq etməklə əmək bazarında tələb olunan səriştələrə yiyələnirlər.

   “Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru” ixtisası üzrə tələbələrimiz “Azərişıq” ASC-nin Qəbələ Paylayıcı Elektrik Şəbəkəsində, “Aqroservis mütəxəssisi” ixtisası üzrə  “Gilan Qəbələ Aqrotexservis” MMC-də, Qəbələ Suvarma Sistemləri İdarəsində, “Üzümçülük və şərab ustası” ixtisası üzrə təhsil alan tələbələrimiz “Aspi-Aqro” MMC-də və “Mehmanxana inzibatçısı” ixtisası üzrə tələblərimiz turizm obyektlərində və otellərdə təcrübə keçirlər.

    Qeyd edək ki, təcrübə zamanı tələbələrə rəhbərlik üçün həmin müəssisələrdən ayrılmış şirkətdaxili təlimçilər qrup rəhbərləri ilə birlikdə təcrübələrin daha keyfiyyətli keçirilməsini təşkil edirlər.