Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşəbbüsü ilə “Karyera və iş yarmarkası” keçiriləcək
03
05 2021
news image

     Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşəbbüsü ilə, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOB Azərbaycan / SMB Azerbaijan), Dövlət Məşğulluq Agentliyinin 11 saylı Ərazi Məşğulluq Mərkəzi və Gabala Hospitality Groupun birgə əməkdaşlığı çərçivəsində 04.05.2021-ci il tarixində, saat 10:00-da “Karyera və iş yarmarkası” keçiriləcək.

     Karyera və iş yarmarkasında iştirak edən şəxslər Qəbələ rayonunda fəaliyyət göstərən turizm şirkətlərinin nümayəndələri ilə görüşə və onlarda hal-hazırda mövcud olan vakansiyalar haqqında ətraflı məlumat almaq imkanları qazanacaqlar.

     Karyera və iş yarmarkası şirkətlərə gənc, peşə təhsilli peşəkarları və potensial işçiləri tapmağa, həmçinin gənclərə iş əldə etmək məqsədi daşıyır. Hər bir şirkətə tədbir zamanı öz reklam materiallarını yerləşdirmək üçün xüsusi masa veriləcək. Karyera və iş yarmarkası sonuncu kurs tələbələrinə və işsiz gənclərə açıqdır. Onlara əmək bazarında lazım olan bacarıqlar öyrədiləcək və eyni zamanda öz karyera hədəflərini təyin etməyə köməklik ediləcək.

    Tədbir karantin qaydalarına uyğun olaraq, açıq havada keçiriləcək.