Peşə təhsil müəssisələrinə direktor müavinlərinin mərkəzləşdirilmiş işə qəbulunun birinci mərhələsi uğurla başa çatıb.
14-21 aprel tarixləri müddətində Respublika üzrə ümumilikdə 31 vakant yerə 416 nəfər tərəfindən 825 müraciət daxil olub. Bir yer üçün ortalama 26 nəfər, Bakı şəhəri üzrə 111 nəfər, regionlar üzrə 14 nəfər müraciət edib. Müraciət edənlərdən 221 nəfər kişi, 195 nəfər qadındır. 388 nəfəri ali təhsilli, 28 nəfəri orta ixtisas təhsillidir.
Hazırda müraciətlərin yoxlanması həyata keçirilməkdədir. 27 aprel tarixinədək sənədləri qaydasında olan şəxslərin ikinci mərhələyə keçməsi barədə məlumat şəxsi kabinetlərində yer alacaqdır. İlk mərhələdən keçən namizədlər üçün test imtahanın 2 may tarixində təşkili nəzərdə tutulur.
Qeyd edək ki, sənədlərin yoxlanması zamanı əsas meyar olaraq vakant yer üzrə tələb olunan təhsil, iş təcrübəsi və sistemə daxil edilən təsdiqedici sənədlərin düzgünlüyü götürüləcək, adıçəkilən meyarlara uyğun olmayan müraciətlərə imtina veriləcəkdir