Bugün 14 aprel tarixindən etibarən başlayan peşə təhsil müəssisələrinə direktor müavinlərinin işəqəbulu üzrə son müraciət günüdür. Müraciətlər 31 vakant yer üzrə qəbul olunmaqdadır.
Mövcud vakansiyalar üzrə 21 aprel tarixinədək 381 nəfər bir və ya daha artıq yerə müraciət edildiyi təsdiqlənib. Müraciət edənlərdən 193 nəfəri kişi, 188 nəfəri isə qadındır. Müraciət ünvanlayanlar arasında 358 nəfəri ali təhsilli, 23 nəfəri isə orta ixtisas təhsillidir.
Qeyd edək ki, tədris-istehsalat işləri, təlim-tərbiyə işləri və inzibati-təsərrüfat işləri üzrə direktor müavini vəzifələri üzrə işəqəbul müsabiqəsi 3 mərhələli şəkildə aparılır. Müraciətlərin qeydiyyatı 14 - 21 aprel tarixləri müddətində https://portal.edu.az/ elektron müraciət portalı vasitəsi ilə həyata keçirilməkdədir.
Növbəti mərhələdə tələblərə cavab verən müraciətçilər test mərhələsinə dəvət alacaqlar. Test mərhələsində 90 dəqiqə ərzində 60 sual cavablandırılacaq. Test mərhələsini uğurla başa vuran namizədlər müsahibəyə dəvət olunacaq. Qəbul namizәd tərəfindən təqdim edilən mәlumatların müsabiqәnin şәrtlәrinә uyğunluğu müsabiqə komissiyası tәrәfindәn yoxlanılıb, təsdiq edildikdən sonra, test imtahanı və müsahibədə göstәrdiyi nәticәlәrə əsasən həyata keçiriləcək.
Qeyd edək ki, elektron müraciət mərhələsi 21 aprel saat 18:00-da yekunlaşacaqdır.