Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində əyani tədrisin təşkili dayandılırıb
16
04 2021
news image

       Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində müəllim və tələbə heyəti arasından 9 nəfər şəxsin COVID-19 testi pozitiv çıxması səbəbindən Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 13 aprel tarixindən etibarən Mərkəzdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.

       Qeyd edək ki, hazırda peşə təhsili müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı tələbələrin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.