Peşə təhsil müəssisələrinin əməkdaşlarının vaksinasiyası uğurla davam edir
21
04 2021
news image

     Peşə təhsil müəssisələrində çalışan pedaqoji və texniki heyətin “COVID-19” əleyhinə vaksinasiya prosesi uğurla davam edir.

    Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və regionlar üzrə 50 yaşdan yuxarı vaksin olunmuş peşə təhsil müəssisələrinin heyətinin ümumi göstəriciləri 62,2 faizə bərabərdir. Bakı üzrə bu göstəricilər 60,6 faiz, Sumqayıt üzrə 73,2 faiz, Abşeron rayonu üzrə 73,2 faiz, regionlar üzrə isə 61,9 faiz təşkil edir.

     Hazırda Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və regionlar üzrə vaksinasiya olunmuş peşə təhsil müəssisələrinin heyətinin ümumi göstəricisi 46,1 faiz təşkil edir.

    Qeyd edək ki, martın ayının sonundan etibarən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, Peşə təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə başlanılıb. Pandemiya şəraitində normal tədris mühitinin davam etdirilməsi üçün təhsil işçilərinin vaksinasiya prosesində iştirakı zəruridir. Vaksinasiya prosesinin qısa zamanda yekunlaşması ənənəvi tədrisin bərpasına və həmçinin peşə təhsili almaq istəyənlər üçün daha geniş təhsil imkanlarının yaradılmasına dəstək olacaqdır.

     Təhsil işçilərini #TəhsilÜçünVaksinasiya devizi altında birləşərək vaksin olunmağa və ənənəvi təhsilin bərpasına öz töhfələrini verməyə çağırırıq.