İslam ölkələri üzrə Statistika, Sosial Tədqiqat və Təlim mərkəzi İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin peşə təhsil müəssisələrinin nümayəndələri üçün 29 Mart – 02 Aprel 2021-ci il tarixlərində peşə təhsili və təlimi sahəsində, “Turizm və qonaqpərvərlik xidmətləri” mövzusunda virtual təlim keçirilir.
Təlimin əsas məqsədi turizm sektorunu əhatə edən peşə təhsil müəssisələrinin mühəndis-pedaqoji heyətinin “Turizm və Qonaqpərvərlik xidmətləri” mövzusunda bilik və bacarıqlarının inkişaf etdirilməsi, iştirakçıların yeni trendlər və qlobal standartlarla tanış olması və sözügedən sektorda səriştəli kadr hazırlığını təmin edən təlimçilər hazırlamaqdır.
Qeyd edək ki, peşə təhsili və təlimi İslam Əməkdaşlığı ölkələrində bacarıqların inkişaf etdirilməsinin əsas hissələrindən biridir. Sözügedən təlimdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin ixtisas fənn müəllimləri və istehsalat təlimi ustaları da iştirak edir.