Ötən həftə Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi "Ənənəvi incəsənət vasitəsilə inklüziv təhsilin təşviqi" layihəsinin mütəxəssisləri tərəfindən peşə təhsil müəssisələrinin rəhbərləri üçün peşəkar təlim təşkil olunub.
Təlim proqramı əlilliyin sosial modeli və inklüzivliyin prinsipləri, inklüziv mühitin yaradılması, təlimə dəstək planın strukturu və istifadə qaydaları, inklüziv təhsilin təşkili, eləcə də tədris prosesinin müxtəlif diaqnozlara uyğunlaşdırılması və tədris hədəflərin müəyyənləşdirilməsi kimi mövzularını əhatə edir. Onlayn formatda təşkil olunan vebinarda peşə təhsili müəssisələrindən 18 nəfər nümayəndə iştirak edib.
Qeyd edək ki, bu təşəbbüs “Vətəndaş cəmiyyətinin iştirakı və inklüziv təhsilin tətbiqi vasitəsilə Azərbaycanda təhsil sisteminin müasirləşdirilməsi” proqramı çərçivəsində həyata keçirilib.