Peşə üzrə Dövlət Agentliyi (PTDA) növbəti “Avtoyükləyici operatorları hazırlıq kursu” təlim proqramına ərizə qəbulunu elan edir
05
03 2021
news image

        Təlim kursunun məqsədi seçilmiş iştirakçılara avtoyükləyicinin quruluşu, mexanizmlər, sistem və aqreqatlarının iş prinsipləri üzrə nəzəri biliklərin öyrədilməsi, o cümlədən praktiki vərdişlər qazandırmaqla mütəxəssis yetişdirilməsini təmin etməkdir. İştirakçılar təlimin sonunda mövcud avtoyükləyicilərin texniki xassələri və modelləşdirmə perspektivləri ilə tanış olacaq, texniki xidmətlərin keçirilməsi zamanı görülən işlərin həcmini, yerinə yetirilmə qaydasını, texniki vəziyyətinin yoxlanması və aşkar edilmiş nasazlıqların aradan qaldırılması səriştələrinə sahiblənəcəklər.

        Ümumilikdə 100-ə yaxın onlayn və praktiki məşğələlərdən  ibarət təlimin sonunda təlimi müvəffəqiyyətlə başa vurmuş iştirakçılara sertifikatlar təqdim olunacaq. Qeyd edək ki, sözügedən təlim kursu PTDA-nın silsilə şəklində keçirdiyi çoxistiqamətli təlimlərdən biridir. 

        Müraciətləri 10 mart 2021-ci il tarixinədək aşağıdakı linkə keçid edərək göndərə bilərsiniz: https://cutt.ly/yl3LoMH