17 fevral tarixindən etibarən Peşə Təhsili üzrə Dövlət Agentliyi “Əlaqə mərkəzi təmsilçisi” təliminə ərizə qəbulunu açıq elan edir. Təlimə seçilmiş iştirakçılar dövlət qurumları, ticarət, xidmət və digər sektorlardan müraciət edənlərin gözlənti, irad və şikayətlərini təqib və təhlil etməyi, eləcə də mümkün həll yollarını öyrənəcəklər. Təlimin məqsədi sözügedən xidmət sahəsində peşəkarlığın yüksəldilməsi, əmək bazarında rəqabətlilik və məşğulluq səviyyəsinin artırılmasıdır.
Ümumilikdə 50 saat təşkil edən interaktiv onlayn və praktiki məşğələlərdən ibarət təlimin sonunda təlimi müvəffəqiyyətlə başa vurmuş iştirakçılara sertifikatlar təqdim olunacaq. Müraciət üçün son tarix: 25 fevral, 2021-ci il tarixidir. Daha ətraflı məlumatla bu fayla keçid alaraq tanış ola bilərsiniz.