Bazarstore ilə birgə Usta yanında öyrənmə proqramına start verildi
19
02 2021
news image

        “BACARIQLI OL” Usta yanında öyrənmə  proqramı çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı  və “Bazarstore” Məhdud Məsuliyyətli Cəmiyyətinin dəstəyilə satıcı-kassir ixtisası üzrə qısamüddətli hazırlıq təliminə ərizə qəbulu elan olunur. Ümumilikdə 12 həftə davam edəcək təlim müddətində iştirakçılar nəzəri biliklər və praktiki məşğələlər vasitəsi ilə real iş mühitində sözü gedən ixtisas üzrə bacarıq və səriştələrə yiyələnəcəklər.

        Təlimin məqsədi peşə təhsili müəssisələrində təhsil alan tələbələrin və işsiz şəxslərin praktiki formada təcrübələrinin təşkili, habelə, peşə təhsilinin əhatə dairəsinin genişlənməsini təmin etməkdir. Seçim prosesində qiymətləndirmə nəticələrinə görə ən yüksək bal toplamış 5 tələbəyə mükafatlar təqdim olunacaqdır.

       Qeyd edək ki, təlimlər ödənişsizdir.  Daha ətraflı məlumatla bu fayla keçid alaraq tanış ola bilərsiniz.