Tekstil sektorunda keyfiyyətli kadrların hazırlanması üçün Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində yeni dərzi emalatxanası yaradılıb.
09
02 2021
news image

       Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JİCA) tərəfindən maliyyələşdirilən “Tekstil sektorunda keyfiyyətli kadrların hazırlanması üçün Sumqayıtda peşə təhsili müəssisəsində dərzi emalatxanasının qurulması” mini-qrant layihəsi çərçivəsində Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində “Dərzi” ixtisası üzrə yeni emalatxana yaradılıb.

       “Dərzi” ixtisası üzrə müasir əmək bazarının tələblərinə cavab verən bilik və bacarıqlara malik kadrların hazırlanması üçün həyata keçirilən layihənin əsas məqsədi gənclərin xüsusilə qadınların peşə təhsilinə cəlb edilməsi, onların məşğulluq imkanlarının artırılması və qadın sahibkarlığının inkişaf etdirilməsindən ibarətdir.

       Layihə çərçivəsində müasir tikiş avadanlıqları ilə təchiz olunan emalatxananın cari ilin fevral ayında etibarən tam istifadəyə verilməsi nəzərdə tutulub.