05 fevral 2021-ci il tarixində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə Azərbaycan Texniki Universitetinin nümayəndələri arasında onlayn görüş keçirilib.
Tərəflər arasında baş tutan görüş zamanı hər iki müəssisə arasında bağlanmış razılaşma çərçivəsində subbakalavr təhsil pilləsi üzrə olan İKT və Avtomobil istiqamətlərinə dair ixtisaslar üzrə işçi qrupunun yaradılması müzakirə olunub. Yaradılacaq işçi qrupları tərəfindən müvafiq ixtisaslar üzrə tədris planı və proqramlarının hazırlanması, kadr hazırlığı və qısamüddətli təlim kurslarının təşkili istiqamətində işlərin görülməsi planlaşdırılıb. Müzakirələr zamanı tərəflər arasındakı qarşılıqlı razılaşmaya əsasən Universitet tələbələrinin gələcəkdə Peşə Təhsil Mərkəzində təcrübə proqramlarına da qatılması nəzərdə tutulub. Əməkdaşlıq çərçivəsində peşə təhsil mərkəzinin subbakalavr pilləsinin məzunlarının ATU-da təhsillərini davam etdirmələri üçün imkan yaradılacağı qeyd olunub.
Hər iki təhsil təhsilverən müəssisə arasında qarşılıqlı əməkdaşlıq üzrə işlərin davam etdiriləcəyi barədə fikirlər paylaşılıb.