Peşə Təhsilinin Müasirləşdirilməsi istiqamətində Avropa İttifaqının maliyyələşdirdiyi layihə regionlarda peşə təhsili müəssisələrinin mövcud vəziyyətini təhlil edir
04
02 2021
news image

          Peşə təhsilinin müasirləşdirilməsi istiqamətində icra edilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində layihə komandası Gəncə və Şəkidə yerləşən peşə təhsili müəssisələrinə səfər edib və regionlarda bu sahədə olan mövcud çətinlikləri və fürsətləri təhlil edib.

          Görüşlərdə, regionlardakı peşə təhsili müəssisələrində yeni emalatxanaların, karyera mərkəzlərinin və tədris fabriklərinin yaradılması, həmçinin ikili dərəcə proqramları və rəqəmsal innovasiyaların tətbiqi məsələləri müzakirə edilib.

          Səfərin təşkil edildiyi “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq çərçivəsində BMTİP tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi Azərbaycandakı peşə təhsili müəssisələrinin müasirləşdirməsinə və əmək bazarının mövcud ehtiyaclarına uyğun səriştə əsaslı tədrisin aparılmasına dəstək olmaqdır.