“Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxs statusu əldə edib.
08
02 2021
news image

        Ötən həftə Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan Qəbələ Peşə Məktəbi və Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi birləşdirilərək, onların bazasında yaradılan “Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxs statusu əldə edib.

        Sözügedən Mərkəz ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olaraq, nəzərdə tutulmuş qaydada nəzəri-metodoloji və pedaqoji-metodiki sənədlər hazırlamaq, sub-bakalavr peşə-ixtisas dərəcəsi üzrə təhsil vermək, peşə və ixtisaslara uyğun dərs vəsaiti, tədris və tədris-metodik ədəbiyyat hazırlamaq, dövlət təhsil standartlarına uyğun olaraq, təhsilalanların zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etmək, təlim-tərbiyə prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə etmək və həmçinin qanunvericiliyə müvafiq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanına malik olacaqlar.

        Peşə təhsil müəssisələrinin publik hüquqi şəxs qismində fəaliyyət göstərməsi istiqamətində işlər 2019-cu ildən başlanılmışdır. Hazırda Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan 7 peşə təhsil mərkəzi publik hüquqi şəxs qismində fəaliyyət göstərməkdədir.