Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq edən dövlət-özəl sektorun peşəkar mütəxəssisləri tədris prosesinə cəlb olunaraq peşəkar kadr resurslarını artırır. Mərkəzin avtomobil istiqaməti üzrə mütəxəssisləri sırasına “Avtolux” şirkətinin texniki direktoru Sənan Məmmədov da daxil olub. Sənan Məmmədov Mərkəzin təhsilalanları üçün avtomobil istiqaməti üzrə modulları tədris edir.
Qeyd edək ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və “Avtoluks Azərbaycan” MMC şirkəti arasında 2020-ci ildə anlaşma memorandumu imzalanmışdır. Əməkdaşlıq çərçivəsində hər iki müəssisə peşəkarlıq səviyyəsinin artırılması və gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstərirlər.