24-25 noyabr tarixlərində HRD Korea (Koreyanın İnsan Resurslarının İnkişafı üzrə Dövlət Xidməti) təşkilatının təşəbbüsü ilə onlayn formatda seminar təşkil edilib. Seminara ‘’World Skills Azerbaijan’’nümayəndə heyəti daxil olmaqla “World Skills International” (WSI) təşkilatına üzv ölkələr, peşə bacarıqları üzrə mütəxəssislər və digər maraqlı tərəflər qatılıb.
Görüşdə WSI üzv ölkələrlə əməkdaşlığı inkişaf etdirmək üçün tərəfdaş ölkələrin təcrübə, tələb və təşəbbüsləri, COVID-19 pandemiyası dövründə gənc peşəkarların innovativ təlim metodları, yarışların təşkili istiqamətində geniş fikir mübadiləsi və müzakirələr baş tutub.
Qeyd edək ki, WSI dövlət, təhsil və özəl sektoru bir çətir altında toplamağa və peşə ixtisasları vasitəsilə rifahın yüksəldilməsinə imkan verən, dünya üzrə peşə təhsili kvalifikasiyasının, peşəkarlıq standartının artırılmasına xidmət edən unikal bir platformadır.