Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi işəgötürənlərlə əməkdaşlıq çərçivəsini genişləndirməkdə davam edir. Ötən dövrdə Mərkəz ilə Azərbaycanda ExxonMobil korporasiyasının rəsmi və yeganə distributoru və mobil sürtkü materiallarının aparıcı təchizatçısı olan “Avto Motor Servis” MMC şirkəti arasında anlaşma memorandumu imzalanıb.
Təhsilalanların bilik və bacarıqlarının təkmilləşdirilməsi, onların elmi-texniki potensialının gücləndirilməsi və eləcə də, qlobal bazarın tələblərinə uyğun ixtisaslı kadr hazırlığının həyata keçirilməsi əməkdaşlıq çərçivəsində seçilmiş əsas istiqamətlər sırasında yer almaqdadır.
Qeyd edək ki, birgə fəaliyyət planında əksini tapmış əsas əməkdaşlıq istiqamətləri arasında master-klasların, seminar və təlimlərin və digər maarifləndirici proqramların təşkili nəzərdə tutulur.