Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin 2017-ci ildə fəaliyyətinə dair qısa hesabat
14
01 2018
news image

 

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin 2017-ci ildə fəaliyyətinə dair

qısa hesabat

 

  • Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin inzibati binası və veb saytı istifadəyə verilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin fəaliyyətinin təşkili məqsədi ilə Agentliyin balansına verilmiş inzibati binanın əsaslı təmir və yenidənqurmadan sonra (Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 4 ünvanında yerləşən) 12 may 2017-ci il tarixində açılış mərasimi keçirilib.

 Peşə Təhsili üzrə Dövlət Agentliyinin istifadəsi üçün Microsoft şirkətində müvafiq portalın qeydiyyatı həyata keçirilib və vet.edu.gov.az saytı fəaliyyətə başlayıb.

 ⃰⃰⃰  ⃰⃰  ⃰

  • Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planı uğurla icra olunub.

          Təhsil nazirinin 2017-ci il 23 iyun tarixli 157 nömrəli əmri ilə Strateji Yol Xəritəsinin Tədbirlər Planında Təhsil Nazirliyinin 2017-ci il üzrə icraçı olduğu tədbirlərin icrasının təşkili məqsədi ilə Fəaliyyət Planı təsdiq edilib.

 Strateji Yol Xəritəsi üzrə 6 prioritet istiqamət əhatə olunmaqla icraçı qurumların nümayəndələrindən ibarət 5 işçi qrupu yaradılıb və mütəmadi iclaslar keçirilib.

 Peşə təhsili müəssisələrinin maddi-texniki bazasının mövcud vəziyyətinin öyrənilməsi və qiymətləndirilməsi məqsədi ilə Təhsil Nazirliyinin tabeliyində olan 109 peşə təhsili müəssisəsində (cəzaçəkmə müəssisələrində yerləşən və fəaliyyəti dayandırılan 14 müəssisəni çıxmaqla) monitorinqlər keçirilib.

 2020-ci ilədək peşə təhsili müəssisələrinin idarəedilməsinin daha da təkmilləşdirilməsi, maliyyə vəsaitindən səmərəli istifadə edilməsi, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması məqsədi ilə bir sıra peşə təhsili müəssisələrinin rasionallaşdırılması və optimallaşdırılması, fəaliyyətinin dayandırılması və ya müvəqqəti dondurulması, yeni tikiləcək təhsil müəssisələri ilə bağlı Tədbirlər Planının layihəsi hazırlanıb və Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilib.

 İqtisadiyyatın prioritet istiqamətləri nəzərə alınmaqla pilot peşə təhsili müəssisələrinin seçilməsi üçün müxtəlif seçim meyarları əsasında Sənaye və İnnovasiyalar, Texnika və Texnologiyalar, Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzləri, Lənkəran, Cəlilabad, Saatlı, Bərdə peşə liseyləri, Mingəçevir Peşə Məktəbi, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi pilot peşə təhsil müəssisələri kimi müəyyənləşdirilib.

 Peşə təhsili müəssisələri üzrə infrastruktur, tədris, müəllim-pedaqoji heyət, təhsilalanlar üzrə kəmiyyət və keyfiyyət göstəricilərinin əhatə olunduğu “Peşə təhsili müəssisələri üzrə əsas fəaliyyət göstəriciləri” Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 dekabr 2017-ci il tarixli 460 nömrəli əmri ilə təsdiq edilib.

 “Peşə təhsili müəssisələrində yaşlıların təhsili və ixtisasartırma kurslarının təşkili Qaydaları”nın layihəsi işlənib hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilib.

 “İşəgötürənlərlə əməkdaşlıq mexanizminin qurulması, işəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyasının təmin edilməsi üçün stimullaşdırıcı tədbirlər haqqında Qaydalar” layihəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilib.

 “Azərbaycan Respublikasında ilk peşə-ixtisas təhsilinin dövlət standartları”nın yeni layihəsi hazırlanıb və Təhsil Nazirliyinin saytında yerləşdirilərək geniş ictimaiyyətin müzakirəsinə təqdim edilib.

 “Dövlət və bələdiyyə tərəfindən yaradılan ilk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin layihəsi hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırılaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilib.

 “Təhsil müəssisələrində təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması və təhsilalanların biliyinin yenidən qiymətləndirilməsi Qaydaları”  hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

  ⃰⃰⃰  ⃰⃰  ⃰

  • “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanun layihəsi Azərbaycan Respublikası Milli Məclisin Elm və təhsil komitəsində müzakirə edilib.

 Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsində Təhsil Nazirliyinin nümayəndələrinin, beynəlxalq ekspertlərin üzv olduğu işçi qrupu tərəfindən hazırlanan çoxsəviyyəli peşə təhsilinin səmərəliliyinin artırılması, rəqabətqabiliyyətli ixtisaslı kadr hazırlığı məqsədi ilə dövlət siyasətinin prinsiplərini, təhsil və təlim sisteminin təşkilati-hüquqi, iqtisadi əsaslarını müəyyən edən “Peşə təhsili haqqında” qanun layihəsi müzakirə edilib.

⃰⃰⃰  ⃰⃰  ⃰

  • Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb.

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 5 iyun tarixli 250 nömrəli Qərarı ilə Qəbələ Peşə Məktəbi və Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin bazasında peşə liseyi statusu ilə fəaliyyət göstərən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb.

Kənd təsərrüfatı və turizm sahəsində ixtisaslaşmış kadrlara olan tələbatı ödəmək üçün müasir infrastruktur, maddi-texniki baza və tədris resurslarına malik Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binasının 16 oktyabr 2017-ci il tarixində açılış mərasimi keçirilib.

 ⃰⃰⃰  ⃰⃰  ⃰

  • İşəgötürənlərlə əməkdaşlıq sahəsində birgə müqavilələr imzalanıb.

 Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında  Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə “Gilan Holdinq”in kənd təsərrüfatı istiqaməti üzrə ixtisaslaşmış və özündə 65 müəssisəni birləşdirən “Gilan Agricultural Group” MMC ilə Anlaşma Memorandumu imzalanıb.

 Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Turizm və Menecment Universiteti arasında turizm-rekreasiya zonalarda mövcud peşə məktəblərində (və ya liseylərində) turizmlə bağlı əmək bazarının ehtiyac duyduğu ixtisasların açılması, seçilmiş pilot peşə məktəblərində (və ya liseylərində) turizm və ictimai iaşə üzrə ixtisaslarda tədrisin müasir tələblər əsasında qurulması istiqamətində Əməkdaşlıq Memorandumu imzalanıb.

Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə Mənzil İnşaatı Dövlət Agentliyi yanında “MIDA” MMC arasında bağlanan əməkdaşlıq razılaşmasına görə təhsilalanların maddi stimullaşdırılması əsasında istehsalat təcrübəsinin iş yerində keçirilməsi təmin edilib.

 Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə sənaye sahəsində ixtisaslı kadrların hazırlığı istiqamətində Qafqazın ən böyük sement istehsalçısı olan “Norm Cement” MMC arasında birgə əməkdaşlığa dair Memorandum imzalanıb.

 Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə “Zəhmət-Ruzi” MMC, Lənkəran Peşə Liseyi ilə “Yaşıl Çay” Fermer Təsərrüfatı MMC arasında Anlaşma Memorandumları imzalanıb.

⃰⃰⃰  ⃰⃰  ⃰

  • Peşə təhsilində dövlət-özəl əməkdaşlığında uğurlu layihələr həyata keçirilib.

 “STEP İT Academy” beynəlxalq tədris müəssisəsi ilə əməkdaşlıq əsasında yüksək akademik göstəricilərə malik 30 nəfər təhsilalanın pulsuz təhsil alması (illik ödəniş haqqı 2750 azn-dir) təmin edilib.

 ⃰⃰⃰  ⃰⃰  ⃰

  • Peşə təhsili müəssisələrinin iştirakı ilə tədbirlər keçirilib.

 30 iyun tarixində Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi: görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda peşə təhsili müəssisələrinin iştirakı ilə ümumrespublika müşavirəsi keçirilib.

 3-4 oktyabr tarixlərində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “İşəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası, Aİ-nin Azərbaycanda Təhsilə Dəstək Proqramı çərçivəsində peşə təhsili və təlimi müəssisələrinin müasirləşdirilməsi üzrə Fəaliyyət Qrantları" adlı konfrans  keçirilib.

 6 dekabr tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı, Avropa İttifaqının Bakı ofisi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, British Petrolium (BP), British Council və Almaniya Beynəlxalq Əməkdaşlıq  Cəmiyyəti (GİZ) kimi beynəlxalq təşkilatların,  iri sahibkarlıq subyektlərinin nümayəndələri, yerli iş adamlarının iştirakı ilə peşə təhsili müəssisələrinin işəgötürənlərlə birgə əməkdaşlığına dair konfrans keçirilib.

 ⃰⃰⃰  ⃰⃰  ⃰

  • Peşə təhsili müəssisələrinin müəllim-pedaqoji heyətinin diaqnostik qiymətləndirməsi keçirilib və yeni ixtisaslı kadrların cəlb olunması prosesinə start verilib.

 2017-ci ilin aprel-may aylarında peşə təhsili müəssisələri üzrə bütün ümumtəhsil fənn müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçirilib. Diaqnostik qiymətləndirilmədən keçən ümumtəhsil fənn müəllimləri təhsil kurikulumlarının tətbiqi üzrə təlim kurslarına cəlb edilib və onlara sertifikatlar verilib.

 29 dekabr 2017-ci il tarixində rasionallaşdırılmış peşə təhsili müəssisələrinin 51 peşə-ixtisas istiqaməti üzrə müəllim-pedaqoji heyətinin iştirakı ilə diaqnostik qiymətləndirilməsi keçirilib.

 İlk peşə-ixtisas təhsili müəssisələrində vakant olan yerlərə ümumtəhsil fənn müəllimlərinin seçimi ilə bağlı elan verilib və müvafiq vakant vəzifələr üzrə ümumtəhsil fənn müəllimləri seçilib.

 ⃰⃰⃰  ⃰⃰  ⃰

  • Sahibkar düşüncə tərzinin təşviqi ilə bağlı tədbirlər keçirilib.

 Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Baku Business Factory” (BBF) biznes inkubasiya mərkəzinin birgə təşəbbüsü ilə ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan şagirdlər üçün 11-12 noyabr 2017-cil tarixlərində mentorluq proqramı təşkil edilib.

“Neuron Technologies” MMC“ və GoldenPay” şirkətinin  nümayəndələri ilə Rabitə və Yüksək Texnologiyalar və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzlərində görüşlər keçirilib.

 Göyçay, Qəbələ, Şəki rayonları və Gəncə şəhərində yerləşən ilk peşə-ixtisas təhsili müəssisələrində “Junior Achievement Azərbaycan” İctimai Birliyinin dəstəyi ilə “Karyera üçün Təhsil” layihəsinə start verilib və təhsilalanlar təlimlərə cəlb edilib.

 “Təhsildə inkişaf və innovasiyalar” üzrə 1-ci qrant müsabiqəsi çərçivəsində qalib olmuş Qusar rayonu Balaqusar bələdiyyəsi ərazisində yerləşən 4 orta ümumtəhsil məktəbinin şagirdlərinin Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə info-turu təşkil edilib.

 Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin 2 nümayəndəsi artıq “ABAD” mərkəzlərində “ABADçı” olaraq qeydiyyatdan keçmiş və 23 ədəd suvenir xalçanın toxunması üçün sifariş alıb.

 ⃰⃰⃰  ⃰⃰  ⃰

  • İlk peşə-ixtisas təhsili müəssisələrinə qəbul planı 20950 nəfərə çatdırılıb.

2017/2018-ci dərs ilində ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul planı 20950 nəfər təşkil edib. Bu, 2016-2017-ci dərs ili ilə müqayisədə 2130 nəfər çoxdur.

⃰⃰⃰  ⃰⃰  ⃰

  • İlk peşə-ixtisas təhsili müəssisələrində 175 ixtisas üzrə qəbul həyata keçirilib.

 2017/2018-ci tədris ilində 22-si yeni ixtisas olmaqla, 175 ixtisas üzrə şagird qəbulu həyata keçirilib.

 ⃰⃰⃰  ⃰⃰  ⃰

  • “ASAN Peşə” layihəsi üzrə 11684 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbul olunub.

Elektron sənəd qəbulu vasitəsilə 11684 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. Qəbul edilənlərin 20 faizinin orta attestat balı “4”-dən yuxarı olub. Ümumilikdə, sənəd qəbulunda iştirak edənlər arasında attestat qiymətləri “4” və ya “5” olanların sayı ötən illə müqayisədə 3 dəfə artıb.

⃰⃰⃰  ⃰⃰  ⃰

  • İlk peşə-ixtisas təhsili müəssisələrində yeni kurikulumlar tətbiq edilib.

“Aqroservis mütəxəssisi”, "Heyvandarlıq mütəxəssisi", “Bitkiçilik mütəxəssisi", “Xalçaçı”, “Arıçı” ixtisasları üzrə BMT-nin İnkişaf Proqramının (UNDP) dəstəyi ilə 18 adda, “BP” şirkəti və “British Council”-ın köməyi ilə 9 adda modul/dərslik hazırlanaraq nəşr olunub və təhsilalanların istifadəsinə verilib.

 ⃰⃰⃰  ⃰⃰  ⃰

  • İlk peşə-ixtisas təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün təlim kursları təşkil edilib.

 12-14 sentyabr 2017-ci il tarixlərində “BP” şirkəti və tərəfdaşlar tərəfindən maliyyələşdirilən, Təhsil Nazirliyinin dəstəyi ilə “British Council” tərəfindən icra edilən AVEDNO (Kənd təsərrüfatı üzrə peşə təhsilində yeni ixtisasların yaradılması) layihəsi çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Balakən, Bərdə, Qax və Şəmkir peşə təhsil müəssisələrinin müəllim-pedaqoji heyəti üçün “Modul Yanaşması” təlim kursu keçirilib.

 Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı Proqramı” çərçivəsində “Peşə təhsilinin və məşğulluğunun təşviqi komponenti” üzrə ilk peşə-ixtisas təhsili və təlimi sahəsində çalışan mütəxəssislər üçün Bakı şəhəri, Göyçay, İsmayıllı, Qəbələ, Quba və Xaçmaz rayonlarında idarəetmə və pedaqogika üzrə təlimlər keçirilib.

 16-27 oktyabr və 7-8 dekabr tarixlərində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Gürcüstan Respublikasının Tbilisi şəhərində təşkil etdiyi “Peşə təhsili sahəsində çalışan mühəndis pedaqoji heyətin təlimləndirilməsi” mövzusunda seminarda peşə təhsilində “dual-sistemin” tətbiqi üzrə beynəlxalq təcrübə mübadiləsi və Azərbaycanda tətbiq imkanlarının öyrənilməsi üçün peşə təhsili müəssisələrində çalışan 15 mütəxəssis iştirak edib.

 ⃰⃰⃰  ⃰⃰  ⃰

  • Uğurlu layihələrin digər peşə təhsili müəssisələrində tətbiqinə başlanıb.

 “British Council”, Təhsil Nazirliyi və turizm sənayesi müəssisələri ilə birgə həyata keçirilən “Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsinə dair praktik təcrübə proqramı” çərçivəsində “Oteldə konsiyerj (qonaqlara məlumat verən və xidmətlərin satışını təşkil edən əməkdaş)”, “Aşpaz”, “Mehmanxanada təsərrüfat işləri üzrə nəzarətçi” ixtisasları üzrə kadr hazırlığı üzrə uğurlu təcrübə Bakı ilə yanaşı Gəncə və Qəbələ peşə təhsili müəssisələrində də tətbiq edilib.

 ⃰⃰⃰  ⃰⃰  ⃰

  • Peşə təhsili sahəsində beynəlxalq əməkdaşlıq genişləndirilib.

 Avropa İttifaqının Avropa Qonşuluq Aləti Proqramı çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə 30 yanvar 2017-ci il tarixindən etibarən “Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) inkişafına Avropa İttifaqının dəstəyi” (EuropeAid/137866/IH/SER/AZ) adlı Texniki Yardım layihəsinin icrasına başlanılıb.

 Avropa İttifaqının 4 qrant layihəsinin (Gəncədə Kompetensiyayönümlü Regional Sənaye Peşə Təhsili Mərkəzinin yaradılmasına dəstək”; Lənkəran iqtisadi rayonunda təhsilin keyfiyyətinin artırılması və əmək bazarının tələblərinə cavab verən Peşə Təhsili sisteminin yaradılması; Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, Qax Peşə məktəbi, İsmayıllı Peşə Tədris Mərkəzində kənd təsərrüfatı və turizm sahələrində 4 ixtisas üzrə “dual” sistemə bənzər pilot peşə təhsili və təlimi sisteminin yaradılması; Bərdə Peşə Liseyinin işəgötürənlər və digər maraqlı tərəflər üçün “biznes və sosial partnyor” və “nümunəvi mərkəz” kimi inkişaf etdirilməsi) icrasına başlanılıb.

 Azərbaycan Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində “SHENZHEN CASIC GUANGYU LTD” şirkətinin istehsalı olan 70 adda 168 ədəd müxtəlif təyinatlı simulyatorlar, təlim sistemləri üzrə avadanlıqlar, iş masaları, mexanizmlər, alətlər və s. ləvazimatlar ölkəmizə gətirilib.

 Azərbaycanın “Turin Prosesi 2016-2017” və “Aİ 2020 indikatorları üzrə Bençmarkinq” hesabatları Avropa İttifaqına təqdim edilib.

 Peşə Təhsili üzrə Dövlət Agentliyi və Cənubi Koreya Respublikasının Peşə Təhsili və Təlimi üzrə Koreya Tədqiqat İnstitutu (KRİVET) arasında Anlaşma Memorandumu” imzalanıb.

 Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondunun “Peşə Tədris Mərkəzinin yaradılması” layihəsinə uyğun olaraq (8 ixtisas - mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, İT, avtomobil, avtomatlaşdırma) Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin ərazisində ixtisaslaşmış peşə təhsil mərkəzinin tikintisinə başlanması üçün bütün zəruri hazırlıq işləri görülüb.

  ⃰⃰  ⃰  ⃰⃰