Kadr potensialının gücləndirilməsi məqsədilə işəgötürənlərlə əməkdaşlıq genişləndirilir
29
10 2020
news image

            15.10.2020-ci il tarixində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və “Azertexnolayn” MMC şirkəti arasında anlaşma memorandumu imzalanıb.

         Əməkdaşlıq təhsilalanların sənayenin tələblərinə cavab verən ixtisaslı kadrlara çevrilməsinə xidmət edir. Belə ki, memorandum çərçivəsində yeni tədris ilindən etibarən müəyyən edilən müvafiq sahələr üzrə peşəkar kadrların yetişdirilməsi məqsədilə birgə tədris proqramlarının hazırlanması və təlimlərin təşkili nəzərdə tutulur.

           Qeyd edək ki, ölkədə müasir tələblərə cavab verən yeni nəsil işçi qüvvəsinin hazırlanması istiqamətində birgə fəaliyyət göstərəcək hər iki tərəf kifayət qədər geniş elmi texniki laboratoriyalara və istehsalat bazasına və eyni zamanda ixtisaslı kadrlara malikdir.

        Sözügedən əməkdaşlıq çərçivəsində “Sənayedə quraşdırma”, “Mexanika”, “Elektrotexnika” və “Avtomatika” istiqamətləri üzrə təhsilalanların istehsalat təcrübə proqramlarında iştirakı, onlara sahibkarlıq vərdişlərinin aşılanması, müvafiq bilik və bacarıqlarının qiymətləndirilməsi, eləcə də təcrübə proqramına qatılanlar arasında gözləntiləri qarşılayan təhsilalanların işlə təmin olunması nəzərdə tutulur.