BMT-nin Uşaq Fondunun (UNICEF) təşkilatçılığı ilə ümumtəhsil və peşə təhsili müəssisələrinin pedaqoji heyəti üçün təlimlərə başlanılıb
23
10 2020
news image

        22-24 oktyabr 2020-ci il tarixlərində BMT-nin Uşaq Fondunun (UNICEF)  təşkilatçılığı ilə ümumtəhsil və peşə təhsili müəssisələrinin pedaqoji heyəti üçün təlimlərə başlanılıb. Təlimin məqsədi Azərbaycanda UNICEF tərəfindən gənclərlə birgə və gənclər üçün hazırlanmış Əsas Həyat Bacarıqları (Basic Life Skills) kurikulumu üzrə Fasilitator üçün Təlimat Kitabçasının və Tələbənin/Şagirdin İş Kitabını sınaqdan keçirməyə hazırlaşan pilot təhsil müəssisələrinin nümayəndələrini bir araya gətirmək və onları Təlimçi hazırlama təlimlərinə cəlb etməkdir.

        Peşə təhsil pilləsi üzrə sözügedən təlimlərdə iştirak üçün 4 peşə təhsil müəssisəsi seçilib. Qeyd edək ki, seçilmiş peşə təhsil müəssisələri arasında İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Dəmir Yolu və Metropoliten üzrə  Bakı Dövlət Peşə Təhsil Mərkəzinin mühəndis pedaqoji heyəti yer almaqdadır.  

        Qeyd edək ki, sözügedən təlimlərə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin müvafiq əməkdaşları da qatılıb.