Azərbaycanın “World Skills International” təşkilatına üzvlüyü təsdiq edilib
16
10 2020
news image

      Azərbaycanın nümayəndə heyəti 13-14 oktyabr tarixlərində “World Skills International” (WSI) təşkilatının ən ali tədbiri olan Ümumi Yığıncağına qatılıb. Sözügedən yığıncaqda iştirak WSI təşkilatına üzvlüyün rəsmiləşdirilməsi yolunda son mərhələ hesab olunur. Görüş WSI təşkilatının İdarə heyətinin, regional qurumların və üzv dövlətlərin, eləcə də tərəfdaş təşkilatların rəsmi nümayəndələrinin iştirakı ilə onlayn formatda təşkil olunub.

      Tədbir zamanı Azərbaycanın WSI təşkilatına 85-ci üzv kimi qəbul edilməsi Ümumi Yığıncaq tərəfindən təsdiq olunub.

      Qeyd edək ki, sözügedən təşkilat dünyada peşə bacarıqlarını təbliğ edən və peşələrin Olimpiyadası kimi tanınan beynəlxalq bir təşkilatdır. Növbəti yarışların 2021-ci ilin sentyabr ayında Çinin Şanxay şəhərində keçiriləcəkdir. Azərbaycanın sözügedən yarışlarda iştirakı nəzərdə tutulur.