“World Skills International” təşkilatına üzvlük istiqamətində son hazırlıq işləri aparılmaqdadır
05
10 2020
news image

        Azərbaycanın “World Skills International” (WSI) təşkilatına üzvlüyünün rəsmiləşdirilməsi üzrə son tədbirlər həyata keçirilməkdədir.

       Qeyd edək ki, ötən həftə Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə WSI təşkilatının rəhbər heyəti arasında təşkilata üzvlük istiqamətində onlayn görüş təşkil baş tutmuşdur. Sözügedən görüşün davamı olaraq cari həftə ərzində Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri ilə əlaqələndirmə görüşləri keçirilib. Görüşlər zamanı WSI təşkilatının fəaliyyət prinsipləri, standartları və eyni zamanda peşə yarışlarının keçirilmə qaydaları və prosedurları barədə Azərbaycan tərəfinə ətraflı məlumat verilib.

       Qeyd edək ki, WSI dünyada peşə bacarıqlarını təbliğ edir və peşələrin Olimpiyadası kimi tanınır. Azərbaycanın sözügedən təşkilatın 85-ci üzvünə çevrilməsi və cari ilin oktyabr ayında baş tutacaq Təşkilatın Ümumi Yığıncağına qatılması və beləliklə üzvlüyün təsdiqlənməsi gözlənilir.