Peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbul müsabiqəsi davam edir
30
09 2020
news image

        2020/2021-ci tədris ili üzrə peşə təhsili pilləsinə müəllimlərin işə qəbulu müsabiqəsi davam edir. Ümumtəhsil fənn müəllimi, ixtisas müəllimi və istehsalat təlim ustası  vakansiyaları üzrə aparılan müsabiqəyə müraciət edənlərin sayı 1300 nəfəri ötüb. Ümumilikdə,  1800-dən çox müraciət daxil olub.  Müraciətçilər arasında ümumtəhsil fənn müəllimi vakansiyalarına maraq daha böyükdür.

       Qeyd edək ki, sözügedən müsabiqə üzrə müraciətlərin qeydiyyatı https://portal.edu.az/ elektron müraciət portalı vasitəsi ilə həyata keçirilir. Portal vakant olaraq müsabiqəyə çıxarılmış yerlərə elektron qaydada müraciət etmək, müraciət üçün sənədləri yükləmək, həmçinin müsabiqə mərhələsinə dəvət ilə bağlı məlumatlandırma üçün nəzərdə tutulub. Müsabiqədə seçim zamanı müvafiq vakansiyalar üzrə namizədin MİQ və diaqnostik balı nəzərə alınacaqdır. Namizədə müsahibədə ixtisas, pedaqogika və metodika sahəsi üzrə biliklərinin, həmçinin şəxsi keyfiyyətlərinin müəyyənləşdirilməsi üçün müvafiq suallar yönəldiləcəkdir. Müsahibəni uğurla başa vurmuş namizədlər müraciət etdiyi vakansiya üzrə işlə təmin ediləcəkdir.

       Məlumat üçün bildiririk ki, peşə təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsi üzrə elektron müraciətlər 1 oktyabr tarixinədək davam edəcəkdir.