Bərdə Peşə Liseyində "Bərdə Peşə Liseyinin Modernləşdirilməsi" layihəsi çərçivəsində yeni tədris ilində həyata keçirilməsi planlaşdırılan “Usta yanında şəirdlik (Apprenticeship)” proqramı ilə əlaqədar, 10-11 sentyabr tarixlərində Bərdə və ətraf regionlarda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən dövlət və özəl sektor nümayəndələri ilə görüşlər təşkil olunub. Görüş zamanı “Yerli İdarəetməyə Yardım” İctimai Birliyinin (YİY) nümayəndələri modernləşdirilmiş peşə təhsili və təlimi yanaşmasının bugünə qədər qazanılan uğurları, öyrənilən dərslər barədə məlumatlar və gələcək fəaliyyətləri, eləcə də işəgötürənlərin müasir peşə təhsili sisteminin icrasına davamlı dəstəyinin təmin edilməsi, tələbələrin təcrübə keçmək və müəssisələrin tələbələri qəbul etmə imkanları müzakirə edilmiş, gələcəkdə birgə əməkdaşlıq və perspektivlər haqqında fikir mübadiləsi aparılmışdır. Qeyd edək ki, layihə Avropa İttifaqının maliyyə dəstəyi ilə “Azərbaycanda Peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” qrantı çərçivəsində YİY tərəfindən icra olunur.