Peşə təhsili pilləsinə müraciət edənlərin yekun sayı açıqlanıb.
15
09 2020
news image

      2019-2020-ci tədris ili üzrə peşə təhsili pilləsinə müraciət edənlərin yekun sayı açıqlanıb. Cari tədris ilində sistemdən hər iki mərhələ üzrə ümumilikdə 20 144 nəfər qeydiyyatdan keçib, onlardan 19 128 nəfəri ixtisas seçimi edərək müraciətini təsdiqləyib. Müraciətçilərin 69.2%-ni kişilər, 30.8%-ni isə qadınlar təşkil edir.

       Qeyd edək ki, II mərhələ zamanı təqdim olunan boş qalmış 9 898 yerdən 4 141-i dövlət hesabına, 5 757 yer isə ödənişli əsaslarla həyata keçirilib. II mərhələ üzrə 7314 nəfər ixtisas seçimi edərək müraciətini təsdiqləyib.

       Qısa müddət ərzində peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanacaq. Müsabiqədə iştirak edən şəxslərə nəticə barədə sms vasitəsilə məlumat təqdim edilməklə yanaşı, uğurlu nəticə göstərən şəxslərin qəbul olduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatlar şəxsi kabinet bölümündə yer alacaqdır.

      Məlumat üçün bildiririk ki, 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılmışdır. Qəbul planına əsasən cari ildə ümumilikdə təqdim olunan 18 260 yerdən 11040-ı dövlət hesabına, 7 220 yer isə ödənişli əsaslarla həyata keçirilmişdir. Peşə təhsil pilləsi üzrə tələbə qəbulunun I mərhələsi 10-24 avqust, boş qalmış yerlər üzrə II mərhələsi isə 04-14 sentyabr tarixlərində elektron qaydada həyata keçirilmişdir.