Peşə təhsili müəssisələrinə II mərhələ üzrə elektron qeydiyyat başa çatıb.
14
09 2020
news image

   Peşə təhsil müəssisələrinə boş qalan yerlər üzrə elektron tələbə qəbulunun II mərhələsi artıq yekunlaşmışdır. Müraciət daha öncə olduğu kimi https://qebul.vet.edu.az/ platforması üzərindən elektron qaydada, ödənişsiz formada 2 mərhələdən ibarət şəkildə həyata keçirilib.

         Müsabiqənin nəticələri 15 sentyabr tarixində (saat 20:00-dək) elan olunacaqdır. Müsabiqədə iştirak edən şəxslərə müraciətin nəticəsi barədə məlumat sms vasitəsilə təqdim edilməklə, yanaşı müraciətçinin şəxsi kabinetində də yer alacaqdır.

         Qeyd edək ki, 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsili müəssisəsində 120 ixtisas üzrə aparılır. Həmçinin cari tədris ilindən başlayaraq ilk dəfə olaraq tələbə qəbul prosesində işəgötürənlərlə birgə ikili proqramlar tətbiq olunub.  II mərhələ zamanı təqdim olunan boş qalmış 9 898 yerdən 4 141-i dövlət hesabına, 5 757 yer isə ödənişli əsaslarla həyata keçirilib.