Peşə təhsili pilləsi üzrə teledərslərin çəkilişi davam edir.
09
09 2020
news image

         Yeni tədris ilindən başlayaraq televiziya vasitəsi ilə bir sıra peşə ixtisasları üzrə dərslərin “Dərs vaxtı” adı altında yayımı davam edəcəkdir. Qeyd edək ki, 2020-2021-ci tədris ilindən etibarən peşə təhsili pilləsi üzrə tədrisi aparılan əsas baza modullarının teledərslər formatında yayımlanması da nəzərdə tutulur. “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq teledərs formatı qismən tətbiq ediləcəkdir. Teledərslər bir sıra ixtisaslar üzrə təhsil alan tələbələrin nəzəri və praktiki biliklərinin dərinləşdirilməsinə və dərs mövzularına dair qısa izah və təlimatların verilməsinə istiqamətlənmişdir.

         Hazırda Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən “Aşpaz” və “Qənnadçı, şirniyyatçı” ixtisasları üzrə video dərslərin çəkilişi davam etməkdədir.

         Peşə pilləsi üzrə teledərslərin dərs cədvəli qısa zamanda açıqlanacaqdır.

      “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər, sözügedən dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin elektron resurslarından, eləcə də https://video.edu.az/ platforması üzərindən də izləyə biləcəklər.