I mərhələ üzrə peşə təhsil müəssisələrinə sənəd qəbulu yekunlaşmışdır.
02
09
2020
Peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsi çərçivəsində uğurlu nəticə göstərən şəxslər üçün sənəd qəbuluna ayrılan müddət yekunlaşıb.
Qısa müddət ərzində boş qalmış yerlər üzrə peşə təhsil müəssisələrinə elektron tələbə qəbulunun II mərhələsinə start veriləcəkdir. I mərhələdə olduğu kimi peşə təhsil müəssisələrinə qəbul olmaq istəyənlər II mərhələdə də, elektron qaydada qeydiyyatdan keçərək müraciət ünvanlaya biləcəklər. Qeyd olunan mərhələ üzrə qəbulun başlama zamanı və qəbul şərtləri barədə yaxın günlərdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi səhifəsində yer alacaqdır.
Həmçinin oxu