27 avqust tarixində Təhsil nazirinin müavini İdris İsayev, Dövlət Peşə Təhsili Agentliyinin Direktoru Pərviz Yusifov və bir sıra peşə təhsili müəssisələri rəhbərlərinin iştirakı ilə videokonfrans keçirib.
Görüşdə nazir müavini koronavirus pandemiyası dövründə 2020-2021-ci tədris ilinə hazırlıqla bağlı görülən işlər barədə danışıb. Müxtəlif təkliflər və onların icra mexanizmi haqqında iştirakçılara məlumat verilib.
Müəssisə rəhbərləri pandemiya dövründə təşkil olunan teledərslərin, işəgötürənlərlə birgə düzgün peşə seçimi ilə bağlı vebinarların əhəmiyyətini vurğulayıblar. Bu il ilk dəfə həyata keçirilən peşə təhsili müəsissələrinə mərkəzləşmiş elekton tələbə qəbulu sisteminin üstünlükləri və peşə təhsili almaqda maraqlı olan tələbələrin cəlb edilməsindəki rolunu qeyd edilib.
Görüş zamanı çıxış edən peşə təhsili müəssisələrinin rəhbərləri yeni tədris ili ilə bağlı fikirlərini bildiriblər. Həmçinin təklif olunan modellər haqqında müzakirələr aparılıb.