Peşə təhsili pilləsi üzrə müraciət edənlərin yekun sayı açıqlanıb.
26
08 2020
news image

       2020-2021-ci tədris ili üzrə tələbə qəbulu prosesində 13946 şəxs elektron qaydada qeydiyyatdan keçərək hesab açıb. Elektron qaydada sistemdə qeydiyyatdan keçənlərin 11743-ü ixtisas seçimini yekunlaşdırıb. Ötən il ilə müqayisədə peşə təhsili almaq istəyən şəxslərin sayında 27% artım müşahidə olunub. Qeyd edək ki, peşə təhsili pilləsi üzrə müraciətlər https://qebul.vet.edu.az/ platforması vasitəsilə, 10-24 avqust tarixlərində, iki mərhələdə aparılıb.

          I mərhələ çərçivəsində dövlət vəsaiti hesabına maliyyələşən qruplar üzrə 73%, ödənişli əsaslarla maliyyələşən qruplar üzrə isə 27% uğurlu müraciət daxil olmuşdur.

      Qeyd edək ki, peşə təhsili pilləsinə qəbulun I mərhələsi çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinə sosial media platformaları və yaradılmış qaynar xətt üzərindən 3000-dək müraciət elan olunmuşdur.      

        2020-2021-ci tədris ili üzrə peşə təhsili almaqda maraqlı olanların sayında artım xüsusilə ikili proqramlar çərçivəsində tətbiq olunan ixtisaslarda aydın sezilir. Qeyd edək ki, peşə təhsilinin təşviqi məqsədilə gənclərin aktiv olduğu sosial media platformalarından geniş istifadə edilmiş, “Virtual məktəb” layihəsi çərçivəsində qeydiyyatdan keçən məktəblilər məlumatlandırılmış, Rayon Təhsil şöbələri ilə sıx əməkdaşlıq aparılmışdır.

         Məlumat üçün bildiririk ki, 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılmışdır. Müsabiqənin nəticələrinin 25 avqust tarixində elan olunması nəzərdə tutulur. Müsabiqədə iştirak edən şəxslərə müraciətin nəticəsi barədə məlumat sms vasitəsilə təqdim edilməklə yanaşı, müraciətçinin şəxsi kabinetində də yer alacaqdır.