Sənaye ixtisasları üzrə pilot peşə təhsili proqramlarına qəbul davam edir
14
07 2020
news image

           Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin pilot peşə təhsil proqramlarına 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu davam edir.

         “Avtomobil diaqnostikası və təmiri ustası “, “Veb dizayner və proqram təminatçısı“, “Torna və frezer dəzgahların operatoru”, “Sənayedə quraşdırma işləri üzrə usta”, “Elektronika ustası”, “Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru”, “İnşaat ustası”, “Mebel ustası”, “Avtomatika üzrə usta” ixtisasları üzrə texniki peşə, “Nəqliyyat vasitələrinin texniki istismarı” və “Kompüter sistemlərində proqram təminatçısı” ixtisasları üzrə isə yüksək texniki peşə, subbakalavr təhsili almaq istəyən şəxslər link vasitəsilə (https://bit.ly/3j034Kf) iyulun ayının 24-dək elektron qeydiyyatdan keçməlidirlər.

           Müsabiqə elektron ərizələrin qiymətləndirilməsi və müsahibə mərhələlərindən ibarətdir.

        Qeydiyyatdan keçmiş namizədlərin elektron ərizələrindəki məlumatların uyğunluğu yoxlanıldıqdan sonra müvafiq tələblərə (tam orta təhsil və ixtisas fənlər üzrə yüksək qiyməti olan namizədlər) cavab verən şəxslər növbəti mərhələyə dəvət ediləcəklər. İkinci mərhələdə iştirak edən namizədlərə seçdikləri ixtisaslar üzrə sual və tapşırıqlar təqdim ediləcəkdir.

          Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin pilot proqramları çərçivəsində tam orta təhsil bazasından 1 illik texniki peşə təhsili və 3 illik yüksək texniki peşə təhsili, subakalavr səviyyəsinə yiyələnmək mümkündür.

          Daha ətraflı məlumat üçün müəssisənin rəsmi internet səhifəsinə (http://bii.edu.az/) nəzər salmaları tövsiyyə olunur.