Bir sıra peşə təhsil müəssisələrinin əməkdaşları üçün “Sosial mediya hesablarının idarə edilməsi və rəqəmsal marketinq” istiqamətində təlimlər keçirilib.
02
07
2020
Code Academy tərəfindən keçirilən və 10 gün davam edən təlimlər ötən gün yekunlaşıb. Onlayn şəkildə həyata keçirilən təlimlər Peşə təhsil müəssisələrinin əməkdaşlarının sosial mediya hesablarından istifadəsi istiqamətində biliklərinin artırılması və rəqəmsal marketinqin əsasları, vacib prinsipləri və onların tətbiqi qaydalarına istiqamətlənib.
Qeyd edək ki, ED VET layihəsi Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə “Azərbaycanda Peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” qrantı çərçivəsində Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH tərəfindən icra olunub.
Həmçinin oxu