“Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET) layihəsinin İdarəetmə Komitəsinin sonuncu görüşü keçirilib. 30 iyun 2020-ci il tarixində təşkil edilən görüşdə Avropa İttifaqının Azərbaycan nümayəndəliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, pilot peşə təhsili mərkəzlərinin nümayəndələri, pilot rayonların Məşvərət Şuralarının sədrləri, ED VET layihəsinin ekspertləri iştirak edib.
Ötən gün təşkil edilən onlayn formatda təşkil edilən görüşdə layihə heyəti son hesabat dövründə görülmüş işlər, layihə müddətində qazanılan ən yaxşı təcrübə barədə layihə tərəfdaşları ilə məlumat bölüşüblər. Görüşdə, həmçinin pilot peşə təhsili müəssisələrinin və layihə çərçivəsində ərsəyə gələn Məşvərət Şuralarının sədrləri ED VET layihəsi sayəsində əldə etdikləri nailiyyətlərlər barədə iştirakçıları məlumatlandırıblar. Sonda müstəqil ekspertlər tərəfindən layihənin nəticələrinin qiymətləndirməsinin nəticələrini barədə təqdimat keçirilib.
Qeyd edək ki, ED VET layihəsi Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə “Azərbaycanda Peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” qrantı çərçivəsində Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH tərəfindən icra olunub.