Tibbi maska istehsalı aparılan peşə təhsil müəssisələrinin günlük istehsal gücü 50 000-ə çatdırılıb
19
06 2020
news image

         Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin  “Save Tekstil” MMC ilə birgə başladığı tibbi maska istehsalı 4 may 2020-ci il tarixindən etibarən uğurla davam etməkdədir. İstehsal gücünün artırılması məqsədilə Türkiyə və Çindən əlavə olaraq, 10 yeni avadanlıq gətirilərək istehsal sahəsində quraşdırılmışdır.

       İstehsal prosesinə cəlb edilən, müvafiq ixtisaslar üzrə təhsil alan 20-ə yaxın Peşə Təhsil Mərkəzinin məzunu 2 növbəli rejimlə işləyir ki, bu da istehsal prosesinin fasiləsiz aparılmasını təmin edir. İlkin istehsalı dövrü ilə müqayisədə gündəlik istehsal imkanı 3 dəfədən çox artırılaraq, 15 000 maskadan  50 000 maskaya çatdırılmışdır. Yaxın zamanlarda günlük istehsal gücünün 80 000 maskaya çatdırılması planlaşdırılır.

        Qeyd edək ki, müəssisənin məhsulları ilkin olaraq, daxili bazarda tələbatı ödəməyə yönəldilmişdir. Hazırda istehsal olunan maskalar ölkə ərazisində fəaliyyət göstərən apteklərdə satışdadır.