Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Cisco şirkətinin dəstəyilə növbəti ixtisasartırma təlimlərinə başlayıb.
10
06 2020
news image

       9 iyun tarixindən etibarən Cisco şirkəti ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşlığı çərçivəsində fəaliyyət göstərən "Cisco Şəbəkə Akademiyası"nda metodist-təlimçilər üçün peşəkar bacarıqların inkişafı mövzusunda növbəti distant təlimlərə başlanılıb.

       Təlimlər Cisco şirkətinin beynəlxalq sertifikatlı mütəxəssisləri tərəfindən keçirilir. Tədris proqramına nəzəri biliklərlə bərabər, həmçinin Cisco avadanlıqları üzərində distant təcrübi məşğələlər və simulyasiyalar daxildir. Belə ki, real avadanlıq və Cisco Packet Tracer simulyatorunu istifadə edərək, Mərkəzin təlimçiləri real texniki problemləri həll etmə bacarıqlarını təkmilləşdirir, müxtəlif virtual və real alətləri tətbiq etmək imkanı qazanırlar.

       Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Cisco şirkəti arasında qurulmuş uğurlu əməkdaşlıq nəticəsində Mərkəzin nəzdində yaradılmış "Cisco Şəbəkə Akademiyası" tərəfindən informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarını artırmaq istəyən mütəxəssislər və eyni zamanda bu sahəyə marağı olan şəxslər üçün geniş imkanlar yaradılıb. “Cisco Şəbəkə Akademiyası” Mərkəzdə təhsil alan tələbələrin və çalışan mütəxəssislərin müasir məzmun və müvafiq sertifikasiya proqramlarına çıxış imkanı yaradır.