Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
01
06 2020
news image

          19 may 2020-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə  “AzerGold” QSC arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memorandum tərəflərin təlim və istehsalat bazasının, təcrübəli ixtisaslı kadrlarının mövcudluğunu, habelə müvafiq sahələrdə bilik və bacarıqlarının inkişaf etdirilməsinin zəruriliyini nəzərə alaraq, razılaşdırılmış mövqe və birgə fəaliyyətlərini müəyyən edir.