8 may tarixində peşə seçimi mərhələsində olan gənclərin maarifləndirilməsi məqsədilə İKT istiqamətində düzgün peşə seçimi və iş imkanları mövzusunda vebinar təşkil edilib. Peşə Təhsili üzrə dövlət Agentliyinin Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdiri Zamin Bədirxanov, Microsoft Azərbaycan nümayəndəliyinin Təhsil proqramları üzrə meneceri Emin Axundov, Cisco Azərbaycan nümayəndəliyinin Ərazi biznes meneceri Fərid Zeynalov və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Rəşad Xanlarovun iştirakı ilə təşkil edilən vebinarda hazırda ən çox müraciət olunan ixtisaslar, əmək bazarında mövcud tələbat kimi mövzular əhatə olunub. Peşə Təhsili üzrə Dövlət Agentliyinin Facebook və Youtube səhifələrində yayımlanan vebinarda peşə təhsilində maraqlı olan şəxslərin də ünvanladığı suallar cavablandırılıb.