Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi “Save Tekstil” MMC ilə birgə tibbi maska istehsalına başlayıb. Maska istehsalı Türkiyədən və Çindən gətirilmiş müasir avadanlıqlar vasitəsilə aparılır. İstehsal müəssisəsinə müvafiq ixtisaslar üzrə təhsil alan 20-ə yaxın Peşə Təhsil Mərkəzinin məzunu cəlb edilmişdir. İstehsal prosesi artıq ötən həftədən etibarən uğurla davam etməkdədir. Qeyd edək ki, hal-hazırdakı istehsal imkanı gündəlik 15 000 maskadır. Yaxın zamanlarda bu gücün gündəlik 50 000 maskaya çatdırılması planlaşdırılır.
Müəssisənin məhsulları ilkin olaraq, daxili bazarda tələbatı ödəməyə yönəldiləcək. Müəssisənin istehsal etdiyi tibbi maskaları may ayının 15-dən etibarən şəhərimizin apteklərindən əldə etmək mümkün olacaq.