Həssas qruplardan olan tələbələr üçün yeni onlayn platforma istifadəyə verildi
21
05
2020
"Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli 138 nömrəli Qərarına əsasən hazırlanmış məlumat sistemi artıq istifadəyə verilmişdir. Sistemə daxil olmaq üçün www.e-telebe.edu.az ünvanından istifadə edilməlidir. Qeydiyyatın bilavasitə tələbə tərəfindən aparılması nəzərdə tutulur.
Tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi sisteminin istifadəçi təlimatı ilə tanış olması məsləhət görülür. Tələbə qeydiyyat zamanı hər hansı çətinliklə üzləşərsə, Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (146 – 1) müraciət edə bilər.
Həmçinin oxu