Kənd təsərrüfatı istiqamətində düzgün peşə seçimi və iş imkanları mövzusunda vebinar.
06
05 2020
news image

          Peşə seçimi mərhələsində olan gənclərin maarifləndirilməsi məqsədilə 5 may tarixində saat 15:00-da kənd təsərrüfatı istiqamətində düzgün peşə seçimi və iş imkanları mövzusunda vebinar təşkil edilib. Vebinarda hazırda ən çox müraciət olunan ixtisaslar, əmək bazarında mövcud tələbat və təhsil alanların qeyd edilən istiqamət üzrə maraq dairəsi kimi mövzular əhatə olunub. Peşə Təhsili üzrə Dövlət Agentliyinin Facebook və Youtube sosial səhifələrində yer alan vebinarda peşə təhsilində maraqlı olan şəxslərin ünvanladığı suallar da cavablandırılıb.