Qısa zamanda peşə ixtisasları üzrə teledərslər yayımlanacaq.
18
03 2020
news image

         Martın 29-dan başlayaraq “Mədəniyyət” kanalında peşə ixtisasları üzrə “Dərs vaxtı” adlı teledərslərə start veriləcəkdir. Teledərslər bir sıra ixtisaslar üzrə təhsil alan tələbələrin nəzəri və praktiki biliklərinin dərinləşdirilməsinə və dərs mövzularına dair qısa izah və təlimatların verilməsinə istiqamətləndirilmişdir.

         Hazırda “Sənayedə quraşdırma işləri”, “Tikinti”, “Avtomobil diaqnostikası və təmiri” və “Avtomatika” ixtisasları üzrə video dərslərin hazırlıqları yekunlaşmışdır. Növbəti günlərdə peşə ixtisasları üzrə siyahının genişlənməsi nəzərdə tutulur.

         Peşə ixtisasları üzrə dərs cədvəli qısa zamanda açıqlanacaq.

         “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər, sözügedən dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin elektron resurslarında da izləyə bilərlər.