Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Milli Hotel Assosiasiyası arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
16
03 2020
news image

        05 mart 2020-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə  Milli Hotel Assosiasiyası arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memorandum tərəflərin təlim və istehsalat bazasının, təcrübəli ixtisaslı kadrlarının mövcudluğunu, habelə müvafiq sahələrdə bilik və bacarıqlarının inkişaf etdirilməsinin zəruriliyini nəzərə alaraq, razılaşdırılmış mövqe və birgə fəaliyyətlərini müəyyən edir.