“Kurikulumun hazırlanması, tətbiqi və qiymətləndirilməsi” mövzusunda təlimlər təşkil olunub
25
02 2020
news image

24-25 fevral 2020-ci il tarixlərində İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Kurikulumun hazırlanması, tətbiqi və qiymətləndirilməsi” mövzusunda peşə təhsili müəssisələrinin müəllim-pedaqoji heyəti üçün təlim təşkil olunub.

Peşə təhsili müəssisələrinin müəllim və istehsalat təlimi ustaları ilə yanaşı özəl sektorun nümayəndələrinin iştirak etdiyi təlimdə səriştə əsaslı kurikulum formatı, modul yanaşma, müasir təlim üsullarına aid mövzular əhatə edilib. Bundan əlavə “Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması Qaydası” izah edilib və müvafiq suallar cavablandırılıb.

Təlim zamanı “Reklam işi”, “Dərzi”, “Bərbər-vizajist-manikürçü”, “Sığorta agenti”, “Aşpaz”, “Ərzaq  və qeyri ərzaq malları satıcısı, nəzarətçi xəzinədar”, “Qənnadçı şirniyyatçı”, “Təmirçi-çilingər”, “Tədbir təşkilatçısı” ixtisasları üzrə təhsil proqramları (kurikulum) özəl sektorun nümayəndələri ilə müzakirə olunub və müvafiq düzəlişlər və əlavələr edilib.