JW Marriott Absheron Baku otelinin təşəbbüsü ilə peşəyönümü istiqamətində maarifləndirmə işləri aparılıb.
28
02 2020
news image

            28 fevral 2020-ci il tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyinin və JW Marriott Absheron Baku otelinin birgə təşəbbüsü çərçivəsində “Açıq Qapı günü” tədbiri təşkil edilib. Tədbirə Bakı şəhərinin müxtəlif orta təhsil müəssisələrində təhsil alan şagirdləri, onların valideynləri və ümumtəhsil müəssisələrində peşəyönümü işini aparan koordinatorlar qatılıb.

           Tədbirin əsas məqsədi ölkədə turizm-xidmət sahəsinə maraq göstərən, gələcəyini otel-xidmət sahəsində görmək istəyən gənclərin maarifləndirilməsi və bu istiqamətdə mövcud karyera fürsətləri barədə məlumatlandırılmanın aparılmasından ibarət olub.

            Tədbir JW Marriott Absheron Baku otelinin İnsan resursları şöbəsinin direktoru Sevinc Purvisin salamlaması ilə başlayıb. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifovun və JW Marriott Absheron Baku otelinin baş direktoru Alper Can Bulcumun nitqləri ilə davam edən tədbirdə peşə seçiminin önəmindən bəhs olunub. Tədbir zamanı həmçinin oteldə mövcud iş imkanları və gələcək prespektivlər barədə geniş məlumat təqdim edilib. JW Marriott Absheron Baku otelində çalışan peşə təhsil müəssisələrinin məzunları tədbirə dəvət olunmuş orta məktəb şagirdləri ilə uğur hekayələrini paylaşıb. Tədbirdə həmçinin karyerasını peşə təhsili ilə başlayan otelin Əməliyyatlar üzrə direktoru Max Venturelli öz uğur hekayəsini bölüşüb.

            Şagirdlərin böyük marağına səbəb olan tədbir otelin aşbazları və oteldə çalışan peşə təhsil müəssisələrinin məzunlarının müşaiyəti ilə master klasslarla davam edib.