Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təhsilalanları üçün növbəti karyera imkanları yaradılıb
12
02 2020
news image

          10 fevral 2020-ci il tarixində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Azərbaycanda Mercedes-Benz avtomobillərinin rəsmi dileri olan “Abşeron Avtomobil Mərkəzi” və Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) arasında görüş keçirilib.

      Görüş zamanı nümayəndə heyətinə  “Abşeron Avtomobil Mərkəzi”  nin maddi-texniki bazası, təcrübəli və ixtisaslı texniki kadrları ilə yaxından tanış olmaq imkanı yaradılıb. Mərkəzin təhsilalanları üçün təcrübə proqramı hazırlanıb, texniki şöbələr və mentorlar müəyyən edilib.

      Qarışılıqlı razılıq əsasında Mərkəzdə Avtomobil ixtisası üzrə təhsilalanlar peşəkar bacarıqlarının inkişafı məqsədilə iş yerində təcrübə proqramı və eləcə də ixtisas təkmilləşdirilməsi üzrə birgə kursların keçirilməsi nəzərdə tutulur. Ayrıca yüksək nəticə göstərən təhsilalanlar üçün Abşeron Avtomobil Mərkəzində (Mercedes-Benz) iş imkanlarının yaradılmasına dair razılıq əldə olunub.

       AHK Azərbaycanın İnsan Resursları və Peşə Təhsili və Təlimi (İR və PTT) İşçi Qrupunun sədri Mərkəzin maddi-texniki baza imkanları, müasir sənayenin ehtiyaclarına uyğun kadrların hazırlanmasına imkan verdiyini və AHK iki qurum arasında səmərəli əməkdaşlığa ümid etdiyini xüsusi vurğulayıb.