Peşə Təhsili üzrə Dövlət Agentliyi və Dövlət Turizm Agentliyi arasında görüş baş tutub.
29
01 2020
news image

          28 yanvar 2020-ci il tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyində Dövlət Turizm Agentliyinin nümayəndələri ilə görüş baş tutub.

      Görüşün keçirilməsində məqsəd  turizm-xidmət sahəsində əmək bazarının ehtiyacları və mövcud ehtiyacların qarşılanması üçün tələb olunan ixtisaslı kadrların hazırlanması istiqamətində qısa və orta müddətli hədəflərin müzakirəsi olub. Görüş zamanı həmçinin texniki peşə təhsili strategiyasından və turizm-xidmət sektorunda yeni yaranan ixtisaslara olan ehtiyaclardan bəhs edilib.

         Qeyd olunan görüş eyni zamanda özəl sektor nümayəndələri ilə əməkdaşlığın artırılması və təhsil prosesində adıçəkilən nümayəndələrin yaxından iştirakı məqsədilə mümkün perspektivlərin razılaşdırılmasına xidmət edib.