Əmək bazarının tələblərinə cavab verən kadr hazırlığı istiqamətində uğurlu təcrübə
22
01 2020
news image

Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramları tərəfindən icra edilən "Gəncədə Kompetensiyayönümlü Regional Sənayə Peşə Təhsili Mərkəzinin yaradılmasına dəstək " layihəsi çərçivəsində Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin modernləşdirilməsi prosesi uğurla davam etməkdədir.

Hazırda peşə təhsili sisteminin qarşısında duran əsas prioritetlərdən olan əmək bazarının tələblərinə cavab verən kadrların hazırlanması sözügedən layihə çərçivəsində də nəzərə alınmaqdadır. İşəgötürən təşkilatlarla əməkdaşlığın genişləndirilməsi nəticəsində təhsil alan tələbələrin nəzəri biliklərlə yanaşı, praktiki biliklərinin də artırılması əsas önəm verilən məsələlər sırasındadır.   

Gələcək məzunların əmək bazarına asanlıqla inteqrasiyası üçün təcrübə dövrünün səmərəli təşkili əsas məqamlardan biridir. Hazırda sözügedən peşə təhsil müəssisəsinin bir sıra ixtisas qrupları üzrə təhsil alan tələbələri Gəncə Cihazqayırma Zavodunda təcrübə keçir və beləliklə sözügedən tələbələr əmək bazarına qısa zamanda daxil olmaları üçün fürsətdən yararlanmış olurlar.

Təcrübə keçən və hazırda sözügedən müəssisədə çalışan məzunların hekayəsini (video) Siz də izləyin.