İsmayıllı Peşə Tədris Mərkəzinin nəzdində təsis edilməkdə olan Koordinasiya Şurasının görüşü keçirilib
19
12 2019
news image

         18 dekabr 2019-cu il tarixində İsmayıllı Peşə Tədris Mərkəzinin nəzdində təsis edilməkdə olan Koordinasiya Şurasının görüşü keçirilib

         Görüşdə 20-yə yaxın müəssisə, İsmayıllı Rayon İcra Hakimiyyəti, Dövlət Aqrar İnkişaf Mərkəzi, Turizm İnformasiya Agentliyi və Dövlət Məşğulluq Xidmətinin nümayəndələri iştirak edib. Koordinasiya Şurası İsmayıllı Peşə Tədris Mərkəzi ilə regionda fəaliyyət göstərən işəgötürənlər arasında əməkdaşlığın davamlılığını təmin etməyə xidmət edəcək, həmçinin peşə təhsili ilə əlaqəli bir çox məsələlərin həllinə töhfə verəcəkdir. Şuranın funksiyaları aşağıdakı kimi müəyyən edilib:

  • Tədris planlarının Peşə Təhsil Mərkəzi ilə razılaşdırılması;
  • Sənaye müəssisələrinin tələbə qəbulunda rolunun artırılması;
  • Tələbələrin qiymətləndirməsinin müəssisələr tərəfindən aparılması;
  • Karyera mərkəzlərinin yaradılması;
  • Kurikulumlara baxılması və təkmilləşdirilməsi;
  • İsmayıllı Peşə Tədris Mərkəzində şirkət guşələrinin yaradılması.

         14 sentyabr 2019-cu il tarixində keçirilən görüşdə Koordinasiya Şurasının Əsasnaməsi işəgötürən şirkətlərlə razılaşdırılıb və Şuranın nəzdində daha bir neçə sənəd işlənib hazırlanıb. Hazırkı görüşdə isə Koordinasiya Şurasının Əsasnaməsində yer alan dəyişikliklər təsdiqlənib.

         Tədbirdə iştirak edən nümayəndələr arasından səsvermə yolu Məşvərət Şurasının idarəedici komitəsinin üzvləri və rəhbəri seçilib.

          Belə ki, sadalanan müəssisələr Koordinasiya Şurasının üzvləri seçilib:

  • İsmayıllı Peşə Tədris Mərkəzi – dual PTT Mentorunun nümayəndəliyi ilə
  • İsmayıllı Park Aqro MMC
  • Həsənov Müşviq (fermer)
  • Ehtiyac Huseynov (fermer)
  • Gəncə Avtomobil Zavodunun İsmayıllı rayon filialı
  • Qala Palas
  • Talıstan Forrest Park
  • İsmayıllı Resort Otel
  • Turizm İnformasiya Agentliyi
  • Dövlət Aqrar İnkişaf Mərkəzi
  • Məşğulluq idarəsi

         İdarə heyətinin üzvlərinin səsverməsi ilə turizm sektoru üzrə Qala Palas müəssisəsinin rəhbəri Azad Əliyev idarə heyətinin sədri seçilib.

         “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi (PTT) pilotlarının yaradılması” (ED VET) layihəsi Avropa İttifaqı və Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) tərəfindən maliyyələşir və Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH tərəfindən icra olunur. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında yerləşən 3 pilot peşə məktəbində Almaniyanın dual peşə təhsili və təlimi yanaşmasının tətbiqi ilə kənd təsərrüfatı və turizm sahələrində peşə təhsili və təliminin cəlbediciliyini artırmaq və əmək bazarına uyğunluğunu təmin etməkdir.